Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

İran Misir seçkiləri ilə bağlı mövqeyini açıqladı

İran Xarici İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Mərziyə Əfxam Misirdə iyun ayının 3-ü keçirilən növbədənkənar prezident seçkilərini şərh edərək bəyan edib ki, İran hər zaman hər bir xalqın öz müqəddəratını təyin etmək haqına prinsipial yanaşır.

Keçirilən prezident seçkiləri milli suverenliyin və vətəndaş cəmiyyətinin möhkəmlənməsi ilə nəticələnəcək. Həmçinin bu seçkilər Misirdə stabilliyi və təhlükəsizliyi bərqərar edəcək.

Xatırladaq ki, Misirin sabiq müdafiə naziri Abdel Fəttax əl-Sisi bu ölkədə keçirilən növbədənkənar prezident seçkilərində rəsmən qalib gəlib. Misir Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata əsasən, prezident seçkilərində iştirak edən Misir əhalisinin 96,91 faizi Sisiyə səs verib. Prezident postu uğrunda mübarizə aparan digər namizəd Həmdin Sabbahi isə 3,09 faiz səsə toplayıb.

Qeyd edək ki, Misirdə keçirilən prezident seçkilərində 25 milyon insan iştirak edib./deyerler/
1258 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi