Şrift ölçüsü:
A+
A
A-
Kr
04 İyun 2014

Snouden bu dəfə Braziliyadan sığınacaq istəyir

ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı, ölkənin məxfi sənədlərini dünya mediasına ötürmüş Eduard Snouden Braziliya hökumətinə sığınacaq üçün müraciət edib.

Snouden bunu Braziliyanın “Globo TV” kanalına müsahibəsində qeyd edib. O bildirib ki, sığınacaq müqabilində heç bir informasiya mübadiləsi etməyəcək.

Braziliyanın xarici işlər naziri isə bu xəbərdən sonra açıqlama ilə çıxış edərək, hökumətin Snoudendən belə bir rəsmi müraciət almadığını bildirib.

Eduard Snouden ABŞ-ın məxfi casusluq əməliyyatlarını ifşa etdiyi üçün axtarışa verilmişdi. Bu addımdan sonra Rusiyaya sığınan Snouden hazırda Moskvada yaşayır.
Bir çox ABŞ rəsmiləri onu ölkəyə geri qaytarıb, cəzalandırmağı tələb edirlər.

Onun ifşa etdiyi sənədlərdə digər dünya rəsmiləri ilə yanaşı, Braziliya prezidenti Dilma Roussefin də elektron poçt və mobil telefonunun ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən izlənildiyi aşkar olunmuşdu.
1338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:09
29 noyabrda gözlə