Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

AKP-də yeni kütləvi istefa

55 istefa ərizəsi təqdim edilib

AKP-nin İzmir şəhəri təşkilatı rəhbərliyi və heyəti kütləvi istefa verib.

İtefa ərizəsini təqdim edən partiyanın İzmir şəhəri təşkilatı rəhbəri Ömər Cihad Akay 41 aylıq vəzifəsi müddətində öz işindən razı olduğunu və şərəflə işdən ayrıldığını bildirib.

Ötən həftənin cümə günü təqdim edilən 55 istefa ərizəsi partiyanın sədr müavini Süleyman Soyluya verilib.

Bildirilir ki, həftə sonu İzmir koordinatoru olan Mehmet Yüksel ilə Saleh Koca İzmirə gələcək və bələdiyyə sədrləri, rayon başçıları, eləcə də məclis üzvləri ilə danışıqlar apardıqdan sonra çıxan adları Soyluya verəcəklər. Son qərar isə baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən veriləcək.

Xatırladaq ki, bir həftə əvvəl də ölkənin digər bir neçə şəhərində partiyanın kütləvi istefası baş vermişdi./ans/
1631 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22