Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Keçmiş müfti Ərdoğana qarğış tökdü

Türkiyə Böyük Millət Məclisinin ötən gün keçirilən plenar iclasında "saxtakar müfti" qalmaqalı baş verib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) ötən gün keçirilən plenar iclasında gərgin anlar yaşanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) millət vəkili, keçmiş müfti İhsan Özkes baş nazir Ərdoğanın onun ünvanına səsləndirdiyi sözlərə etirazını bildirib.

Məlumata görə, ötən gün TBMM-nin iclasında Milliyyətçi Hərəkat Partiyası (MHP) seçkidə baş vermiş saxtakarlıqların araşdırılmasını təklif edib. Bu məsələ ilə bağlı söz alan, bələdiyyə seçkisində İstanbulun Üsküdar rayonundan namizəd olan İhsan Özkes burda seçkinin qalibi olduğunu, səslərinin hakim AKP üzvləri tərəfindən oğurlandığını iddia edib. Onlara halallıq vermədiyini deyən Özkes axirətdə də yaxalarından yapışacağını deyib.

İhsan Özkes həmçinin baş nazirin seçkidən əvvəl Bursada keçirdiyi mitinqdə onun ünvanına, “saxtakar müfti” dediyini xatırladıb və bu sözə etirazını bildirib. 26 il din xadimi olduğunu, Üsküdarda 7 il müftilik elədiyini xatırladan Özkes, “Mən necə saxta müfti oluram? Allah sizi qəhr eləsin” – sözləri ilə fikrini ifadə edib.

Bu vaxt AKP sıralarından bəzi millət vəkilləri kürüsüyə, Özkesin üstünə hücum ediblər. Digər millət vəkillərinin ortalığı sakitləşdirməsi ilə baş verəcək davanın qarşısı alınıb.

TBMM-nin vitse-spikeri Sadiq Yaqut iclasda 5 dəqiqə fasilə elan edib.
1479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 00:01