Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Rusiyada 21 yaşlı azərbaycanlı qız intihar etdi

O, özünü binanın 17-ci mərtəbəsindən yerə atıb

Sankt-Peterburqda 21 yaşlı azərbaycanlı qız hündür mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Hadisə iyunun 3-də, günorta saatlarında baş verib.

21 yaşlı adı açıqlanmayan azərbaycanlı qız Sankt-Peterburqun Kalininski rayonun Prosveşeniya prospekti, 99 ünvanında yerləşən binanın 17-ci mərtəbəsindən özünü yerə atıb. O, yerindəcə keçinib.

Araşdırmalar zamanı azərbaycanlı qızın Moskva sakini olduğu məlum olub. Onun Sankt-Peterburqda yaşayan nişanlısının evinə qonaq gəldiyi bildirilib. İntihar edən qızın adı açıqlanmayan nişanlısının 27 yaşlı azərbaycanlı olduğu da məlum olub./apa/
1577 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 12:05