Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Ziya Məmmədov 3 qoçunu işdən çıxartdı

Nəqliyyat naziri ehtiyatlı davranmağa başlayıb

Nəqliyyat naziri Ziya Məmmədovun son günlər hədəfə gəlməsindən ciddi narahatlıq keçirdiyi barədə dünən xəbər vermişdik. Redaksiyamıza daxil olan məlumata görə, nəqliyyat naziri baş verənləri rəqiblərinin qurduğu iş hesab edir və bundan qorunmaq üçün müəyyən tədbirlərə əl atıb.

Məlumatda bildirilir ki, nazir ilk növbədə tabeliyində olan şəxslərə diqqətli olmağı, onu hədəfə gətirən addımlara yol verməməyi tapşırıb. Xüsusilə nəqliyyat qoçularına ciddi xəbərdarlıq edilib. Bundan sonra nəqliyyat qoçuları kölgəyə çəkilib. Uniformada olan nəqliyyat müfəttişləri isə özlərini bir qədər mədəni aparmağa, sürücülərlə normal davranmağa başlayıblar. Məlumatda bildirilir ki, Ziya Məmmədov qohumlarına və yaxınlarına da maksimum diqqətli olmağı tapşırıb.

Ziya Məmmədovun ehtiyatlı davranması haqda xəbəri təsdiqləyən başqa bir fakt da var. Ziya Məmmədov sürücülərə qarşı kobudluq edən üç nəfər nəqliyyat müfəttişini işdən çıxarıb.

Bu yaxınlarda iyirmiyə yaxın yük maşınının dövlət nömrə nişanları sökülüb. Nömrələrin kim tərəfindən sökülməsi istiqamətində araşdırma aparılacağı deyilmişdi.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov “anspress”ə deyib ki, nəqliyyat müfəttişləri həmin maşınların sürücülərinin lisenziyası və fərqlənmə nişanları olmadığı üçün bu üsula əl atdıqlarını deyiblər. Ancaq istənilən onların hərəkəti qanun pozuntusudur və buna görə 3 müfəttiş işdən qovulub.

“Bundan sonra da kimsə bu hərəkəti edərsə, ən azı, işindən azad olunacaq”, - deyə Namiq Həsənov bildirib. Nəqliyyat Nazirliyinin sözçüsü güman edir ki, bundan sonra heç bir müfəttiş bu üsula əl atmağa cəsarət etməyəcək: “Çünki onların başqa işləri də araşdırılacaq və ən sərt cəza tədbirləri görüləcək”. Namiq Həsənovun sözlərinə görə, nömrələr geri qaytarılıb və sürücülərə qeyri-qanuni fəaliyyət göstərdikləri üçün xəbərdarlıq edilib./azadlıq/
1537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25