Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Lazımın gəlməyi lazım

Azərbaycan Respublikasının ancaq məmur və deputatlarının prezidenti Ilham Əliyevə... Azadlıq olmayan ölkənin “Azadlıq” qəzeti vasitəsilə növbəti dəfə müraciət edirəm...

Mən artıq başa düşdüm ki, Mirdamət Sadıqov və Rövşən Ağayev Əliyevlər siyasətini və kursunu bəyənmirlər. Görünür, onların azacıq da olsa vicdanı var. Çünki Əliyevlər hakimiyyəti beynəlxalq tribunalardan öz hakimiyyətlərinə hər hansı şəkildə təpkilər olanda 1 (bir) milyondan çox qaçqın və məcburi köçkünlərin adından saxta ürək yanğısı ilə şivən qoparırlar. Ancaq ən çox insan haqlarını pozan öz məmurlarıdı. Belə olmasaydı, bu 23 ildə bir dəfə bizimlə maraqlanardılar.

Əvvəllər elə başa düşürdüm ki, Mirdamətin və komandasının köçkünlərə qarşı antipatiyası var. Ancaq belə məlum oldu ki, bu hakimiyyətin siyasi kursu budur. Sadəcə olaraq Mirdamət Sadıqov hakimiyyətə siyasətdən deyil, elə birbaşa gəldiyinə görə öz əməlləri ilə hakimiyyətin iç üzünü açdı...

Sağ ol səni, professor. Bəlkə, MM-in deputatları, siz də bu professordan nümunə götürüb haqqa gələsiniz. Sözün düzünü deyəsiniz. Axı axirət var! Allahdan qorxun!.. Telekanallardan öyrəndim ki, vətəndaşlıqdan çıxmaq haqda yeni qanun qəbul olunub. Bizlər heç yerə gedəsi deyilik!.. Bu vətən bizə babalarımızdan əmanət qalıb və borcumuz onu gələcək nəslə ötürməkdir. Bəlkə, Əli Həsənov da hörmətli professordan nümunə götürüb özündən yuxarıdakılara desin ki, yetər artıq!.. Bu yazıqların adından nə qədər neft pulu silməklə məşğul olacam. Axı mənim də vicdanım var!.. Mən də insanam!.. Artıq dözə bilmirəm, öz vətənimdə köçkün adıyla yaşamaqdan utanıram, yerli əhalidən də üzr istəyirəm, artıq onların da üzünə baxa bilmirəm. Onlara məxsus torpaqlarda köçkün barakları tikilir, hələ də tikilməkdə davam edir, deyəsən, Qarabağ yaddan çıxarılır. Axı onların da torpaqlara böyük ehtiyacı var.

Deyirəm, bəlkə, bütün rayonlarda icra başçılığına professor və alimləri göndərəsiniz. Bir şərtlə ki, müavinləri də vətən uğrunda döyüşməkdən saxta sənədlərlə yayınanlar olsunlar...

Deyəsən, “Lazım gələrsə”nin axtarışı ilə çox ciddi məşğul olmağın vaxtı çatıb. Lazım, bəlkə sənin də vicdanın oyana! Axı biz də yazığıq! Hardasan, haralardasan?!.

Əliyev Səhrad Əli oğlu, Ağdam rayonundan məcburi köçkün, Ismayıllı şəhəri, qəsəbə 45, ev H-4
1612 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber