Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Vidadi İsgəndərli hamını köməyə çağırdı

Hüquq müdafiəçisi 6 iyundan ölüm aclığına başlayır...

Hüquq müdafiəçisi Vidadi İsgəndərli sensasion bir məlumat yazıb.

V. İsgəndərli siyunun 6-dan ölüm aclığına başladığını bəyan edir və hamını məsələyə diqqət yetirməyə çağırır:

"Son vaxtlar siyasi aləmdə, həmçinin kütləvi informasiya vasitələrində belə bir yanlış fikir formalaşıb ki güya hüquq mudafiəçisi, sabiq vicdan məhbusu, haqq-ədalət uğrunda mübarizə aparan Vidadi İsgəndərli yalnız bəzi korrupsionerlərə qarşı mübarizə aparır. Əsla belə deyil, mən xalqın malını talayan bütün korrupsionerlərə eyni gözlə baxıram. Sadəcə bəzi məmurlar xalqdan taladıqları milyardları Azərbaycanın müstəqilliyindən üstün tutaraq dövlətin maraqlarını Rusiya emissarlarına qurban verməyə hazırdılar. Belə məmurlardan biri də nəqliyyat naziri Ziya Məmmədovdur. Hələ ötən prezident seçkiləri dönəmində Ziya Məmmədov Rusiya emissarları ilə cinayət əlaqəsinə girərək Azərbaycanda dövlət çevrilişi planının iştirakçısı olub. Mən bu barədə KİV vasitəsilə məlumat verib bu niyyəti ifşa etdikdən sonra Ziya Məmmədov və onun Çeçenistanda olan mütəşəkkil cinayətkar dəstəsi hər gün məni müxtəlif vasitələrlə terrorla hədələdilər. Bu barədə müvafiq orqanlara məlumat versəm də heç bir tədbir görülmədi.

8 may 2014- cü il tarixində gizli nömrə ilə mobil telefonuma zəng vuraraq məni terrorla təhdid etmələri barədə bütün müvafiq güc strukturlarına məlumat vermişəm. 3 gün sonra, yəni mayın 11-də Göyçay rayon polis şöbəsinin rəisi İslam Hümbətov mənə zəng vuraraq terrorçunun həbs olunduğunu bildirdi. Mən dərhal polis şöbəsinə ərizə yazaraq terrorçunun və onunla bağlı materialın Bakıya-MTN-ə göndərilməsini tələb etmişəm. Əsas da o olub ki, terrorçu Emil Məmmədovun arxasında Ziya Məmmədovun mütəşəkkil cinayətkar dəstəsi dayanır. 2 gün sonra mənə məlum oldu ki, Ziya Məmmədovun və Göyçay rayon icra hakimiyyəti başçısı Mənsur Məmmədovun göstərişi ilə terrorrçu cəmisi 2 saat ərzində polis şöbəsində saxlanılaraq 20 manat cərimə edilməklə buraxıldı. Bu günə qədər 100-dən çox ərizə və şikayət yazsam da heç bir tədbir görülmür. Terrorçuluğa yox! Korrupsiyaya yox! Qanunun aliliyi təmin edilməlidir və cinayətkarlar həbs edilməlidir. Bu məqsədlə 6 iyun 2014-cü il tarixdə saat 15.00-dan etibarən Bakı şəhəri İqor Ağayev küçəsi 2, mənzil 45-də ölüm aclığı aksiyasına başlayıram. Aksiyaya hüquq müdafiəçilərini, səfirliklərin nümayəndələrini, siyasi xadimlər və KİV təmsilçilərini dəvət edirəm. Məqsədim Azərbaycanda qanunun aliliyinin təmin olunmasıdır! Əlaqə telefonum: 502-05-62."
1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:06
Koreya prezid