Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Göyçay sakinləri içməyə su tapmırlar

Göyçayın Mollahacılı kənd sakinləri içməli suyun çatışmazlığından şikayət edirlər

Göyçayın Mollahacılı kənd sakinləri içməli suyun çatışmazlığından əziyyət çəkir.

Kənd sakinlərinin İnterAz-ın bölgə müxbirinə verdikləri məlumata görə, kənddə cəmi bir artezian quyusu var. Şirin suya olan tələbatı onsuz da ödəyə bilməyən və 20 il bundan əvvəl qzılan quyunun suyu isə qurumaq üzrədir. Bəzi evlərdə fərdi su anbarları tikilsə də, yenə də içməli suya olan tələbat tam ödənilmir.

Yaranmış problemlə bağlı bələdiyyə sədri ilə görüşüb məsələyə aydınlıq gətirmək istədik. Bələdiyyə sədri Rafiq İsayev problemin mövcudluğundan xəbərdar olduğunu bildirdi və qeyd etdi ki, 2015-ci ildə Regionların Sosial-İqtisadi İnkişaf Proqramına uyğun olaraq sakinlər içməli su ilə tam təmin olunacaqlar.
1542 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:24
<