Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Cəbhədə vəziyyət gərgindir

Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 45 dəfə pozulub.

Müdafiə Nazirliyinin rəsmi saytı xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Baş Qərvənd, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.
1497 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber