Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Qarabağ qazisi ölüm aclığına başladı

İlham Türbəndiyev deyir ki, ondan rüşvət tələb edirlər.

Bərdədə məskunlaşmış 2-ci qrup Qarabağ əlili olan məcburi köçkün İlham Türbəndiyev Yaqub oğlu ölüm aclığına başlayıb. İ.Türbəndiyev Bərdədən “Yeni Müsavat”a zəng edərək aclıq aksiyasına başladığını bəyan edib. Onun sözlərinə görə, sosial vəziyyətin ağırlığı, evsizlik və məmur özbaşınalığına etiraz olaraq bu addımı atıb.

Qarabağ qazisi aclığa başladıqdan sonra Bərdə və Xocalı rayon icra hakimiyyətlərinin rəhbərliyi onunla əlaqə saxlayıb, aksiyanı təxirə salmağı xahiş ediblər. Rəsmilər onun problemlərinin həll olunacağına söz veriblər. Amma o vaxtdan 10 gün keçsə də, heç bir real iş görülməyib.

Şikayətçi bildirdi ki, ev və avtomobil almaq üçün növbəyə dayanıb: “Amma məndən 500 manat rüşvət istədilər. Qarabağ əlilindən pul istəmək ən axırıncı pislikdir. Çünki mən sağlamlığımı müharibədə itirmişəm, vətəni qorumuşam. İndi haqqımdır ki, mənzil və avtomobili dövlət tərəfindən pulsuz alım. Yerli məmurların isə gözü doymur. Ona görə də ölüm aclığına başlamışam”.
1661 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:59