Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Müxaliflər polisi ata bağlayıb sürüdülər

Qırğızıstanda bir qrup atlı polisi ata bağlayaraq yerdə sürüyüblər.

“K-News” saytı xəbər verir ki, Qırğızıstanda həbsdə olan müxalifətçi Ahmetbek Keldibekovun tərəfdarları magistral yolu bağlayaraq aksiya keçiriblər.

Yolu bağlayan aksiyaçılarla söhbət etməyə çalışan polis isə bir qrup qara maskalı atlının hücumuna məruz qalıb. Əvvəl polisi döyən maskalılar daha sonra onu ata bağlayaraq təxminən 40 metrə qədər sürüyüblər.

Faktla bağlı cinayət məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi qaldırılıb.

Polisin isə xəstəxanada olduğu, vəziyyətinin ağır olduğu bildirilir.
1649 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:57