Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

ABŞ 60 milyon telefon zənglərini dinləyib

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) İspaniyada bir ayda 60 milyon telefon zənglərini dinləyib, ispan mediası yazır. Bu iddialar, Amerika kəşfiyyatının qaçaq casusu Edvard Snoudenin açıqlamalarına əsasən irəli gəlib.

Məlumatda deyilir ki, MTA nömrələri və zəng edənin yeri barədə məlumatları toplasa da, məzmuna diqqət yetirməyib. Bu, həm də Avropa diplomatlarının Vaşinqtonda danışıqlar aparmağa hazırlıq vaxtına təsadüf edib. Avropa Parlamentinin Sivil Azadlıqlar Komitəsinin rəsmiləri Konqresslə şübhələri dağıtmaq və informasiya almaq üçün söhbət edəcək.

Eyni zamanda, Yaponiyada xəbər agentliyi bildirib ki, MTA 2011-ci ildə yapon hökümətindən Asiya-Sakit Okean region üzrə Yaponiyada şəxsi məlumatlar daşıyan fiber-optik kabelləri monitorinq etməsini istəyib.

Kyodo xəbər agentliyi yazır ki, bu, ABŞ-a Çindən məlumatlar toplamağa imkan verəcəkdi, lakin Yaponiya qanuni məhdudiyyətləri və işçi azlığını bəhanə gətirərək istəyi yerinə yetirməyib. Ağ Ev indiyə kimi, İspaniyada El Pais və El Mundo qəzetlərinin yazdığı casusluq iddialarına cavab verməyib.

İddialarda MTA-nin 2012-ci ildə 10 dekabrdan 8 yanvara qədər ispan vətəndaşlarının milyonlarla telefon zəngləri, ismarıc və emaillərə “baxması” deyilir.

Alman mediası isə yazır ki, ABŞ alman Kansleri Angela Merkelin telefon zənglərini on ildən çox müddətə dinləyib və bu işi cəmi bir neçə ay öncə bitirib.

Xanım Merkel bu həftə Vaşinqtona casusluq iddiaları barədə araşdırmaları sürətləndirəcək Almaniyanın milli təhlükəsizlik üzrə yüksək vəzifəli şəxslərini göndərir.

Britaniyanın Guardian qəzeti ötən cümə yazıb ki, MTA 35 dünya liderinin telefon zənglərini dinləyib. Qəzetin informasiya mənbəyi cənab Snouden olub.
1479 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı