Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Putindən ABŞ-a mesaj: "Sübut etsinlər"

Ukraynanın cənub şərq vilayətlərində döyüşən silahlıların Rusiyadan göndərildiyini sübut etsinlər.

Rusiya prezidenti Vladimir Putin Fransa telekanalına verdiyi müsahibəsində belə deyib. O, bildirib ki, ABŞ Rusiyanın Ukraynanın cənub şərq vilayətlərinə silahların göndərilməsini də sübut etsin.

Jurnalist V.Putinə deyib ki, ABŞ-ın iddiasına görə, Rusiya Ukraynadakı hadisələrdə yaxından iştirak edir və bölgəyə silah və xüsusi hazırlanmış silahlılar gönədirir. Vaşinqton bununla bağlı əlində sübutların olduğunu deyir. Nə deyə bilərsiniz?

“Sübut? Qoy o zaman onlar bunu təqdim etsinlər, göstərsinlər. Biz və bütün dünya ABŞ dövlət katibinin BMT Təhlükəsizlik Şurasında əlində hansısa suya qarışdırılmış yuyucu tozu fırladaraq “bu, İraqda kütləvi qırğınların törədilməsində istifadə olunan kimyəvi silahların sübutudur” deməsini görmüşdük. Nəticədə ABŞ Ordusu İraqa girdi. Səddam Hüseyni edam etdilər. Sonra isə məlum oldu ki, İraqda heç bir kimyəvi silah yoxdur və olmayıb. Bilirsiniz, danışmaq başqa, əlində sübutun olması isə tamam başqa şeydir”, - deyə V.Putin bildirib.
1630 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP