Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Samirədə təkfirçilərin hücumunu qarşısını alınıb

İraq ordusu Samirədə təkfirçilərin imamların məqbərəsinə yaxınlaşmasının qarşısını alıb
İraq höküməti fövqəladə vəziyyətin elan edildiyi Samirə şəhərinə əlavə hərbi qüvvələr göndərib

İraq höküməti fövqəladə vəziyyətin elan edildiyi Samirə şəhərinə əlavə hərbi qüvvələr göndərib. İnterAz-ın SkyNews-a istinadla verdiyi xəbərə görə, şəhərdə olan təhlükəsizlik qüvvələri göndərilən hərbi yardımların köməyi ilə silahlıların ələ keçirdiyi bir neçə ərazini yenidən nəzarətə alıblar və onların imamların məqbərəsinə tərəf irəliləməsinə maneə yaradıblar.

Mənbə bu gün İraq hərbi təyyarələrinin şəhərdə silahlıların mövqelərinə endirdiyi zərbələrdə, 22 yaraqlının öldüyünü və onlara məxsus 8 texnikanın sıradan çıxarıldığını bəyan edib.

Qeyd edək ki, “İraq-Şam İslam Dövləti” (DAİŞ) bu gün sübh şəhərə cənub və şərq istiqamətdən hücum edərək, bir çox əraziləri ələ keçirib. “DAİŞ” mənbələri sosial şəbəkələrdə bəyan etmişdilər ki, onlar məqbərələrin 1 kilometrliyinə çatıblar. Hazırda İraq ordusu yerdən və havadan Samirə şəhərinə girmiş silahlılara qarşı intensiv əməliyyatlar həyata keçirir.
1633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 18:54
Türkiyəyə Şırnak