Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Oktyabr 2013

Suriyada döyüşən Əl-Qaidəçilər İsraildə müalicə alırlar

İsrail xəstəxanalarına əvvəllər yalnız Azad Suriya Ordusunun döyüşçüləri müraciət etsə də, hazırda Ən-nusra, «İraq və Şam İslami dövləti» adlanan silahlı qruplaşmalar da ora gedir

FaktXəbər-in Ynet-ə istinadən verdiyi məlumata görə, İsrail Suriyada münaqişələr dövründə 450 qiyamçıya tibbi yardım göstərib. Vətəndaş müharibəsinə qarışmadığı üçün köçkünləri qəbul etmədiyini bildirən Təl-Əviv maraqlıdır ki, Suriyanın yaralı müxaliflərinə tibbi yardımını əsirgəmir.

İsrail və dünya KİV-lərində yayılan məlumatda deyilir ki, yaralıların təqribən yarısı sərhəddə müalicə alsa da, qalanları İsrail xəstəxanalarına göndərilib. Büdcə vəsaitləri hesabına maliyyələşən müalicədən sonra onlar geri Suriyaya qaytarılırlar.

Qeyd edək ki, bir çox saytlarda bu xəbəri verərkən yaralıların suriyalı dinc sakinlərin olduğu deyilir. Lakin burada bir sıra maraqlı məqamları nəzərinizə çatdırmaq istərdik.

Suriya ilə İsrail arasında sərhəd və buraxılış məntəqələri bağlıdır. Rəsmi şəkildə buranı keçmək qeyri- mümkündür.

İndi isə dünya KİV-lərində yayılan bəzi məlumatlara baxaq.

«Ziv» xəstəxanasında döyüş əsnasında yaralanan suriyalı əməliyyat olunub. Əməliyyat bir neçə saat davam edib. Hazırda yaralının vəziyyəti orta ağır olaraq qalır. Radistansiya «Reşet Bet» bildirir ki, döyüşlər başlayandan bəri 14 suriya vətəndaşına tibbi yardım edilib.

Bəşər Əsəd qoşunu ilə qanlı qarşıdurmada yaralanan suriyalı vətəndaş ÇAXALın sanitar maşını ilə «Ziv» xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildirirlər. Qeyd edək ki, xəstəxanada müalicə alan digər 2 suriyalı vətənə qaytarılıb.

Bunun kimi onlarla xəbər, hər gün saytlarda yer alır. Biz yalnız ikisini qeyd etməklə kifayətləndik.

Deməli, İsrail ordusunun və Golan yüksəkliyində israilə məxsus ordu hospitalına Suriya tərəfindən hansısa möcüzəvi yollarla yaralı suriyalılar çatdırılır. Təcili müərəkkəb əməliyyatlara ağır yaralılar İsrail stasionar xəstəxanalarına göndərilir.

Kimdir bu insanlar? Böyük ehtimalla bu şəxslər Suriyanın qanuni hökuməti ilə mübarizə aparan döyüşçülərdir. Suriya vətəndaşları və hərbçilər öz ölkələrində müalicə ala bilirlər, döyüşçülər isə yox.

Bundan əlavə, filtrasiya barədə heç bir söz deyilmir. İsrailin Ben Qurion aeroportunda sadə turisti düşmən casusu kimi ciddi cəhdlə «ələkdən keçirilir». Burda isə digər dövlərtdən, təsadüfən, bilinməyən şəraitdə çox ağır vəziyyətdə olan yaralılar çıxır. Onlar sərhədi necə keçirlər, piyada?

««ÇAXAL» ancaq ağır yaralıların sərhədi keçməyinə imkan verir», «Bədənində çoxsaylı qəlpələri, həmçinin daxili qanaxması olan yaralı», «qarnından yaralanıb, cərrahlar zərərçəkənin bütün bədənindən qəlpələri çıxartmalıdırlar»…

Maraqlıdır, yaralı bu vəziyyətdə özümü gəlib, yoxsa onu nədə isə gətiriblər? Nəyin əsasında ona sərhədi keçməyə izn verilib? Sorğu-sual olunubmu?

İndi isə daha maraqlı məqamlara baxaq.

««Çfata» xəstəxanasında müalicə alan iki suriya vətəndaşı, ötən həftənin sonunda vətənə qaytarıldılar». «Ötən həftə İsraildə tibbi yardım alan bir neçə suriyalı xəstəxanadan buraxılıb və Suriyaya qayıdıb»…

Maraqlıdır, onlar sərhədi qeyri-qanuni keçdikdləri üçün həbs olunmadılar? Məşhur İsrail xüsusi xidmət orqanları onların Suriyada nə etdikləri və İsrail üçün hər hansı təhlükə yaratdıqları barədə heç bir sorğu-sual etmədimi? Sadəcə sağaltdılar və Suriyaya göndərdilər? Necə, hansı yolla göndərdilər? Suriya hökumətinə təhvil verdilər? Hansı əsasla onlar Suriya ilə bağlı sərhədi keçə bilərlər?

Bu faktlar bilirsiniz nəyi göstərir? İsrail hökumətinin qanuni Suriya hökumətinə qarşı vuruşan döyüşçülərlə sıx əməkdaşlıq etdiyini, onları birbaşa dəstəklədiyini.

İsrailin bütün dövlət qanunlarına əsasən, bu insanlar sağaldıqdan sonra saxlanılmalı və sərhədi qeyri-qanuni keçdikləri üçün həbsxanaya göndərilməli idi. Bu insanların Suriyaya qaytarılması barədə qərar verilsə belə, onlar rəsmi surətdə hökumətə təhvil verilməli idi. Lakin bu baş vermir. Maraqlıdır niyə?

Qeyd edək ki, əldə olunan məlumatlara görə, İsrail xəstəxanalarına əvvəllər yalnız Suriya Azad Ordusunun döyüşçüləri müraciət etsə də, hazırda Ən-nusra, «İraq və Şam İslami dövləti» adlanan silahlı qruplaşmalar da ora gedir.

Son olaraq sizlərə vəhabi Şeyx Ədnan Əl Ur-urun İsrailə xəstəxanalarla bağlı Memri telekanalında yayımlanan müraciətinin sizlərə təqdim edirik.
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:21
Tutaq ki, me