Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2014

Bakının 22 faizinə su fasilələrlə verilir

Bu gün Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı və “Azərsu” ASC-nin yaranmasının 10 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə bildirilib ki, su təsərrüfatı sektorunda ötən 10 ilin ən böyük hadisəsi Oğuz-Qəbələ-Bakı magistral su kəmərinin tikilib istismara verilməsi olub. Bu kəmər paytaxtın su təminatında ciddi dönüş yaradıb. Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun və Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi həyata keçirilib. Bölgələrin içməli su təchizatının təmin olunması məqsədi ilə Külüllü və Şirvan-Muğan qrup su kəməri layihələri həyata keçirilmiş, şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihələrin icrasına başlanılıb”.

Vurğulanıb ki, həyata keçirilmiş tədbirlər nəticəsində regionlarda əhalinin 55 faizi, Bakı şəhərində 78 faizi fasiləsiz içməli su ilə təmin olunub. Bütün bu nailiyyətlərin əldə olunmasında su təsərrüfatı işçilərinin böyük xidmətləri vardır”.
1418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı
02.12.16, 23:55