Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Ukrayna Rusiya ilə sərhədi qismən bağlayıb

Ukrayna hökuməti Rusiya ilə sərhədi qismən bağlamağı qərara alıb.

“BBC”-nin verdiyi xəbərə görə, Nazirlər Kabinetinin məlumatında bildirilir ki, Rusiya ilə həmsərhəd olan Donetsk və Luqansk vilayətləri ərazisində yerləşən bir neçə nəzarət-buraxılış məntəqəsinin fəaliyyəti dayandırılacaq.

Qərar ictimai təhlükəsizlik və bəzi ərazilərdə əhalinin həyatı üçün təhlükə yaradan hadisələrin qarşısını almaq məqsədi ilə verilib.

Qeyd edək ki, Luqansk vilayətində 7, Donetsk vilayətində isə 1 nəzarət-buraxılış məntəqəsinin bağlanmasına qərar verilib.
1282 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
<