Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Putin və Kemeron əl sıxmadan görüşüblər

Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə görüşüb.

“İTAR-TASS”ın verdiyi xəbərə görə, görüş əl sıxmadan baş tutub.

Məlumata görə, Putin və Kemeron Rarisin “Şarl de Qol” aeroportunda, ali qonaqlar üçün nəzərdə tutulmuş VİP zalda baş tutub. Bu onların arasında Ukraynada böhran başlayandan ilk görüşdür. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdən sonra qeyd edib ki, tərəflər iki ölkə arasında münasibətlərin bərpası məsələsini müzakirə ediblər.

Qeyd edək ki, “Böyük yeddilik” ölkələrinin liderləri ötən gün Brüsseldə keçirilmiş sammitdə Rusiyaya qarşı ümumi mövqeni razılaşdırıblar. Bu mövqeyə əsasən, Rusiya ilə münasibətlərin normallaşdırılması üçün, Moskva Pyotr Poşenkonu Ukraynanın seçilmiş prezidenti kimi tanımalıdır və separatçılara dəstək verməməlidir. Əks təqdirdə G 7 liderləri Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətində olduqlarını təsdiq ediblər.
1459 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 16:25