Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Braziliyada müəllimlər ayağa qalxdı

Müəllimlər futbol üzrə dünya çempionatının keçirilməsinə qarşı çıxırlar

Braziliyanın Rio-de-Janeyro şəhərində avtobus sürücülərinin tətili ilə yanaşı, müəllimlərin keçirdiyi kütləvi etiraz aksiyası da şəhərdə həyatı iflic edib. Müəllimlər şəhərdə futbol üzrə dünya çempionatının keçirilməsinə qarşı etiraz edirlər.

Çempionata biletlərin satışa çıxarılmasına 1 həftə qalmış küçələrə çıxan müəllimlər əmək haqlarının artırılmasını və iş şəraitinin yaxşılaldırılmasını tələb edirlər. Müəllimlər futbol üzrə dünya çempionatı kimi böyük idman tədbirinə külli miqdarda vəsaitin xərclənməsinə qarşı çıxırlar və bu vəsaitin təhsil və səhiyyə sahəsinə yatırılmasının daha məqsədəuyğun olduğunu bəyan edirlər. Dünənki dinc yürüşdə 1 aydır tətil elan edən müəllimlər də iştirak edib.

"Bizim demək istədiyimiz budur ki, burada çempionat olsa da, əvvəlki çempionatlardakı ab-hava olmayacaq. Çünki dünya çempionatının keçirildiyi bir vaxtda insanlar xəstəxanalarda ölür, məktəblərdə boş yerlər yoxdur, hökumət insanların qayğısına qalmır. Onlar sadəcə şəkildə yaxşı düşmək istəyirlər", - Lorena Felisa adlı müəllim belə deyir.

Ötən günkü aksiya Braziliyada ötən ilin iyunundan bəri davam edən anti-hökumət nümayişlərinin sonuncusu idi. Son vaxtlar Rio-de-Janeyro və San-Paulu şəhərlərində, demək olar ki, hər gün dünya çempionatının keçirilməsinin əleyhinə aksiyalar baş tutur. Çempionatın final matçı gələn ay Rio-de-Janeyroda keçiriləcək.
1473 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56