Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Yəməndə 500 əl-Qaidə üzvü öldürülüb

Yəmənin Əlan xəbər portalı məlumat verib ki, aprel ayından indiyə qədər Yəməndə 500-dən çox əl-Qaidə üzvü məhv edilib.
Nur-az.com-un ISNA-ya istinadlı məlumatına əsasən, Yəmən ordusunun sözçüsü bildirib: Ölkənin Şəbuh, Əbin, Bəyza və Həzrəmut bölgələrində Yəmən ordusunun və silahlı qüvvələrin xalqın dəstəyilə apardığı hərbi əməliyyatlarda ən azı 500 nəfər əl-Qaidəyə bağlı terrorçu öldürülüb.
Onun sözlərinə görə, 40 nəfər əl-Qaidə üzvü həbs edilmiş və 10 nəfər yaralanmışdır. Ordu sıraların xidmət edənlərdən isə 40 nəfər zabit və əsgər terrorçular tərəfindən qətlə yetirilmiş və 100-ə yaxını isə yaralanmışdır.
O əlavə edib: Yaxın gələcəkdə başqa məntəqələrə qaçmış əl-Qaidə üzvlərini təqib etmək məqsədilə geniş miqyaslı əməliyyat keçiriləcək.
Adı açıqlanmayan bu rəsmi şəxs deyib: Yəmən ordusuna qarşı hər növ hücum və təhrikedici addımların qarşısı tam qətiyyətlə alınacaq.
1391 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı