Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Vəhhabi müfti: Yezid qiyamətə qədər lənətə layiqdir

Səudiyyə Ərəbistanının tanınmış simalarından olan vəhhabi müfti, Şeyx Səd əd-Durəyhim deyib: Yezid ibn Müaviyə qiyamət gününə qədər lənətlənməyə layiqdir.
Əhli-beytin (ə) düşmənləri və müxaliflərinin bildirdikləri iradlardan biri də, nə üçün bu düşmənlərə lənət oxunması ilə bağlıdır.
Onların lənətlənmə dəlili aşkar məsələdir və izaha ehtiyac yoxdur.
Lakin bu arada Şeyx Səd əd-Durəyhim özünün son çıxışında deyib: Yezid ibn Muaviyə qiyamət gününə qədər lənətə layiqdir.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, əd-Durəyhim bunun ardınca bildirib: Yezid ibn Muaviyənin Mədinə əhalisilə rəftarı olduqca çirkin, xoşagəlməz və qəbih olmuşdur. Buna görə də, o qiyamət gününə qədər lənət və nifrinə layiqdir. Onu lənətləməyi bir sünnəyə çevirmək lazımdır ki, gələcək nəsillər qiyamət gününə qədər onu lənətləməyə davam etsinlər.
Qeyd etmək lazımdır ki, Səd əd-Durəyhimin bu çıxışı Səudiyyə Ərəbistanının başqa vəhhabi müftilərinin şiddətli reaksiya və etirazları ilə qarşılaşmışdır.
1418 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yux