Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Vəhhabi müfti yenə İranda əhli-sünnənin sayından danışdı

Səudiyyə Ərəbistanının baş müftisi, Şeyx Əbduləziz Al-əş-şeyx son çıxışında İrandakı sünnilərin sayı məsələsini gündəmə gətirib. O deyib: Şiələrin sayının artması təhlükəsinin qarşısını almaq məqsədilə, bizim din bacılarımız din qardaşlarımızın sayını artırmaq məqsədilə İrana getməlidirlər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, bir neçə gün öncə də oxşar açıqlama verən Al-əş-Şeyx deyib: Son zamanlar şiə təqlid mərcələri şiələri nəsil artırmağa təşviq edirlər. Biz də var gücümüzlə fəaliyyətə keçməli və İranda şiələrin sayının artmasına imkan verməməliyik.
O əlavə edib: Bütün müsəlmanlardan İrandakı əhli-sünnəyə yardım etmək üçün fəaliyyətə keçməyə və öz köməkləri ilə şiələri məğlub etməyə çağırıram.
Habelə o deyib: Mən Ərəbistan müftisi olaraq, şəxsən hər ay bir milyon dollar iranlı qardaşlarıma yardım etmək istəyirəm ki, övlad dünyaya gətirsinlər.
Ali-Səudun bu müftisi sonda deyib: Gərək İrana din bacılarımızı göndərmək məsələsini araşdıraq və bunun qarşısında duran problemləri olduqca tez aradan qaldıraq. Növbəti bir neçə gün ərzində bu problemin aradan qalxacağına ümidvaram.
1346 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı