Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Fəhlələr Gülün yolunu kəsdilər

Muğla ərazisində işçilər prezidentin keçəcəyi yolu bağlayıblar

Muğlada Türkiyə prezidentinin yolu kəsilib.

Muğlanın Yatağan rayonu ərasizində termik sentral işçiləri tərəfindən Türkiyə prezidenti Abdullah Gülün avtomobil karvanının keçəcəyi yol kəsilib. Bundan xəbər tutan avtomobil karvanının müşahidəçiləri yollarını kəndlərdən birindən salaraq səfərlərinə davam ediblər.

Gülün gəlmədiyini görən 400-ə yaxın işçi isə daha da hiddətlənib. Onların avtomobillərin hərəkətini dayandırıb. Əraziyə jandarma qüvvələri göndərilib və işçilərlə onlar arasında qarşıdurma yaşanıb.

Öz haqlarını tələb etmək, istəklərini prezidentə çatdırmaq üçün yolu kəsən işçilərin səyi çox davam etməyib və təhlükəsizlik qüvvələri tərəfindən dağıdılaraq yol açılıb./ans/
1401 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP