Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Samirraya terror hücumunun qarşısı alınıb

İraq mediası təkfirçi terrorçuların Samirraya terror hücumu barədə xəbər veriblər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, bu gün sübh saat dörddən Samirra şəhəri İraq Şam İslam Dövləti (İŞİD) ilə təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmaya şahid olmuşdur.
Terrorçuların İmam Həsən Əsgərinin (ə) hərəminə hücum etmək məqsədi olduğu güman edilir. Təhlükəsizlik qüvvələri hücumun qarşısını alıblar.
İraqın məlumatlı güc mənbələrindən birinin verdiyi xəbərə görə, toqquşmada 51 nəfər ordu və polis qüvvəsi həyatını itirib.
Bəzi mənbələr bildirib ki, terrorçular bəzi dövlət idarələrini ələ keçiriblər.
Kull əl-İraq İnformasiya Agentliyi isə məlumat verib ki; İŞİD üzvləri Samirra şəhərinin 5 məhəlləsini ələ keçirmişlər. Onlar Samirra universitetini işğal ediblər.
İraqın təhlükəsizlik qüvvələri İŞİD-in hərtərəfli hücumunun ardınca Səlahəddin əyalətində komendant saatı elan etmiş və İmam Əsgərinin (ə) hərəminə gedən bütün yolları bağlamışlar.
Qeyd etmək lazımdır ki, Səlahəddin əyalətinin polisi elan edib ki, bütün güc strukturları gücləndirilmiş iş rejimində çalışırlar.
1714 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı