Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

İŞİD terrorçularının Samirraya hücumundan ilk Fotolar

Terrorçu qruplaşma olan İraq Şam İslam Dövlətinin (İŞİD) bu günkü hücumundan sonra, İraq silahlı qüvvələri geniş şəkildə Samirranı nəzarətə götürmüşlər.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, təhlükəsizlik qüvvələrinin verdiyi xəbərə əsasən, bu günkü toqquşmada 46 nəfərə yaxın itki verilib. Öldürülənlərin əksəriyyəti dinc əhalidir.
İŞİD terroçuları dünən gecə yarısı şəhərə hücuma keçmiş və əhli-sünnə məscidlərindən birinin üzərinə əl-Qaidə bayrağını sancmışlar.
Onlar İmam Hadi (ə) və İmam Əskərinin (ə) hərəminə hücum etmək istəsələr də, ordu qüvvələri onların arzusunu ürəklərində qoymuşdur.
Toqquşmalar hazırda hərəmin ətrafından uzaqlamışdır. Hazırda Həyy əl-Xəzra, Həyy əs-Sumna, Həyy əş-Şuhəda və əl-Cəbiriyyədə şiddətli döyüşlər gedir.
Məlummatlı mənbələr bildirib ki; Ordunun helikopteri əhli sünnə məscidinə yaxın ərazidə İŞİD-in toplaşdığı bir sığınacağını bombalayıb. Terrorçular Samirranın icra hakimiyyəti binasını ələ keçirmək istəsələr də, hücumları uğursuz olub.
Hazırda toqquşmalar davam edir və ordu şəhərdə fövqəladə vəziyyət və komendant saatı tətbiq edib.



1573 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber