Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Hər bir siqaret ömürdən 15 dəqiqə azaldır

İranın Mazandəran şəhərinin Tibb Universitetinin elmi heyətinin üzvü, ciyər xəstəlikləri üzrə professor, doktor Əli Şərifipur deyib: Siqaret çəkən hər 10 nəfərdən 1 ya 2 nəfəri siqaret çəkdiyi üçün ölürlər.
Nur-az.com-un ISNA-ya istinadlı məlumatına əsasən, o deyib: Bir ədəd siqaret çəkmək insan ömrünü 15 dəqiqə qısaldır.
O, siqaret çəkməyi ictimai problem adlandırdı və bunları əlavə etdi: Narkotik vasitələrə aludə olan şəxslərin 99 %-i bu yola siqaretdən gəlmişlər.
Siqaretə aludə olmuş şəxslərin 50 %-i 10-12 yaşlarından siqaretlə tanış olmuş şəxslərdir.
Uşaq yaşından siqaret çəkməyə başlayan şəxslər ciyər xəstəliklərinə düçar olurlar. Buna görə də, valideynlərin bu yaşdakı uşaqlarla rəftarı xüsusi əhəmiyyətə malikdir.
Bir qullab qəlyan bir qutu siqaretə bərabərdir.
Siqaretə aludə olmuş şəxslərin yaxınları və onlarla münasibətdə olanlar da xəstəliyə tutulurlar.
Siqaret çəkən insanın düçar olduğu xəstəliklərdən öskürək, ciyər çatışmazlığı, xroniki bronxit, sağalmaz və tez öldürən xərçəngi göstərmək olar.
Siqaretdə 400-dən çox narkotik maddə var ki, onlardan 100 növü xərçəng yarada bilər. Daxili orqanlar, qan, ciyə, beyin, böyrək, sidik kisəsi, damağ və qadınlarda uşaqlıq xərçəngi siqaret çəkənlərin yoluxa biləcəyi xəstəlikdir.
Valideynləri siqaret çəkən uşaqların asma xəstəliyinə tutulma riski başqalarına nisbətən 10 dəfə çoxdur.
Siqaret çəkən şəxslərdə xəstəliklərin müxtəlifliyi olduqca çoxdur. Siqaret ürək-damar xəstəliklərinin aşağı faktorlarından biri hesab olunur. Belə ki, qəza və ürək-damar xəstəliklərindən sonra, ciyər xəstəlikləri ən öldürücü xəstəlik olaraq qeydə alınmışlar.
2020-ci ilə qədər dünyada ciyərlə bağlı xəstəliklərin artacağı güman edilir.
25 yaşından sonra siqaret çəkməyə davam edən şəxslərin sağalmasına heç bir ümid yoxdur.
Ümumiyyətlə siqaret çəkmək bədən üçün zərərlidir. Elmi baxımdan da yeməkdən sonra siqaret çəkmək düzgün deyil.
İranda siqaret çəkən şəxsin xərçəngə tutlmasının müalicəsi 50-100 milyon tümən civarındadır. Amma bununla belə tam müalicə ala bilməməsi də mümkündür.
O, müxtəlif tamlı tütnlər haqqında da fikir bildirib: Yeni tütün bağlamaları, tütünün tullantılaından hazırlanır. Ona müxtəlif dadvericilər əlavə olunur ki, müəyyən dad əldə edilsin.
Bəziləri belə düşünürlər ki, əgər qəlyanın tüstüsü su ilə qarışsa, onun mənfi təsiri aradan qalxar. Halbuki, su ilə tüstünün qarışması ciyərə olduqca çox zərər verir.
Ciyər üzrə professor Əli Şərifipur sağlam mühit və şəxsi iradəni siqareti tərk etmək üçün mühüm amil kimi göstərdi.
1571 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01