Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Fəllucədə 30 terrorçu intihar edib

İraqın Əl-Ənbar əyalətinin xilasetmə şurasının rəisi Şeyx Həmid əl-Hayis Fəllucə şəhərində terrorçu qruplaşma olan İraq Şam İslam Dövlətinin (İŞİD) 30 üzvünün intihar etdiyini xəbər verib.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına görə, o əlavə edib: Əhalinin dövləti dəstəkləməsi və terrorçuların Ənbar əyalətində qalmasına etiraz etməsi və İraq ordusunun Fəllucəni ötən aylar boyunca mühasirədə saxlaması nəticəsində bu şəhərdə terrorçuların ruhiyəsi ölüb.
Bütün bu məsələlər otuz İŞİD üzvünün intihar etməsinə və bir çoxlarının şəhərdən qaçmasına səbəb olub. Bu arada, İraqdakı terrorçu qruplaşmalar arasındakı ixtilaflar da pik həddə çatıb.
Ötən həftə İŞİD və Nəqşbəndiyə bağlı iki qruplaşma bir-birlərilə vuruşmuşlar.
İŞİD terrorçuları Nəqşbəndilərə üzv olan 10 nəfəri Səlahuddin əyalətində terror ediblər. Nəqşbəndilər də bu addıma cavab olaraq, İŞİD-in məsul şəxslərindən 3 nəfərini Dəyyalə əyalətində terror ediblər.
İŞİD öz tərəfdarlarının ruhiyyəsini qaldırmaq məqsədilə İraqın bəzi şəhərlərinə hücum təşkil etmişdir. Bu hücumlar Səlahuddin əyalətinin Samirra, Bici və Süleymanbəy şəhərlərinə qarşı olmuşdur.
Təkfirçi qruplaşmaların Samirraya hücumu nakam qaldı və bu hücumda ondan çox terrorçu zərərsizləşdirildi.
1439 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:17