Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

ABŞ-ın hərbi təyyarəsi evlərin üstünə düşdü

Hərbi təyyarə Kaliforniyanın cənub bölgəsindəki yaşayış məntəqəsinin səmasında uçarkən qəzaya düşüb

ABŞ-ın hərbi təyyarəsi qəzaya uğrayıb.

Hərbi təyyarə Kaliforniyanın cənub bölgəsindəki yaşayış məntəqəsinin səmasında uçarkən qəzaya düşüb.

"Harriyer" hərbi təyyarəsinin San-Diyeqo şəhərindən şərqdə yerləşən İmperial yaşayış məntəqəsindəki iki evin üstünə düşdüyü bildirilir. Xoşbəxtlikdən qəzada ölən və yaralanan olmayıb.

Pilot təyyarə qəzaya uğramazdan əvvəl tullana bildiyi üçün xəsarət almayıb, lakin hər ehtimala qarşı xəstəxanaya aparılıb.

Təyyarənin Arizona ştatının Yumadakı hərbi bazadan uçduğu deyilir.
1297 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP