Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Azərbaycanda Facebook cinayəti

Mingəçevir sakininin qız adı ilə danışaraq görüşə dəvət etdiyi oğlan tərəfindən qətlə yetirildiyi məlum olub

Mingəçevir şəhərində qətl hadisəsi törədən şəxs tutulub.

Şəhər Polis Şöbəsindən verilən məlumata görə, 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunu Hacıqabul şəhərinin M.Ə.Rəsulzadə küçəsindəki 2 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Dadaşov Bəhram Akif oğlu qətlə yetirib.

Onun facebook sosial şəbəkəsində tanış olduğu Tural Quliyevi öldürməsinin səbəbi də məlum olub. Məlumata görə, Tural Quliyev facebookda qız adi ilə qeydiyyatdan keçib və tanış olduğu Bəhram Dadaşovla bir müddət mobil telefonla qız səsi ilə danışıb və onu görüşmək üçün Mingəçevirə dəvət edib. Bəhram Dadaşov iyunun 2-də Mingəçevirə gedərək görmək istədiyi şəxsin qız yox, oğlan olduğunu bilərək əsəbiləşib və Tural Quliyevlə mübahisə edib. Aralarında baş verən dava zamanı Bəhram Dadaşov Tural Quliyevi qətlə yetirib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, iyunun 2-də şəhərin Təbriz küçəsi 50/2 ünvanında yaşayan, 1987-ci il təvəllüdlü Quliyev Tural Vidadi oğlunun evində meyiti tapılıb.

Qonşular hadisə barədə şəhər Polis Şöbəsinə məlumat veriblər. Məlum olub ki, Tural Quliyev aldığı bir neçə bıçaq xəsarətindən dünyasını dəyişib./ans/
1350 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber