Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Pul istəyən taksi sürücüsü qanına qəltan edildi

Cəlilabadda yanacaq üçün pul istəyən sürücü xəstəxanalıq olub

Cəlilabad rayonunda sərnişin taksi sürücüsünü bıçaqlayıb. Hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Cəlilabad rayon sakini 24 yaşlı Emin Cəfərov müştəri qismində avtomobilə əyləşmiş rayon sakinini lazımı ünvana aparıb.

Daha sonra həmin şəxs deyilən ünvana çatmamış sürücünü geri qayıdaraq avtomobili digər ünvan istiqamətində sürməyi tələb edib. Bu zaman isə avtomobilin yanacağı qurtarıb. Sürücü Emin Cəfərov sənişindən yanacaq almaq üçün pul tələb etdikdə, onlar arasında mübahisə yaranıb.

Bu zaman “Qara” ləqəbli sərnişin sürücüyə yaxınlaşaraq üzərindəki bıçaqla ona bir neçə zərbə endirib.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır./ans/
1543 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP