Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2014

Türkiyədən Avropaya xəbərdarlıq: Avrasiyaya gedirik

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bodrumda keçirilən Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin IV zirvə toplantısı zamanı Türkiyəni Avrasiya İqtisadi Birliyinə üzv olmağa çağırıb.

Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Nazarbayev toplantı zamanı Türkiyə üçün quruma üzvlük yolunun açıq olduğunu söyləyib: “Türkiyə və digər ölkələr gələcəkdə birliyə üzv ola bilər”.

Qırğızıstan və Ermənistanın da quruma daxil olmaq üçün can atdıqlarını deyən Nazarbayev bir çox ölkənin də ticarət münasibətlərini inkişaf etdirmək istədiklərini söyləyib.
1087 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber