Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Putin və Poroşenko arasında qeyri-rəsmi söhbət olub

Poroşenko və Putin Rusiya nümayəndəsinin Kiyevə danışıqlar üçün gəlməsi barədə razılıq əldə ediblər

Ukraynanın yeni seçilmiş prezidenti Pyotr Poroşenko və Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki münaqişə və onun həlli yolunu müzakirə ediblər.

UNİAN agentliyinin verdiyi xəbərə görə, münaqişənin sülh yolu ilə nizamlanması üçün Rusiya nümayəndəsinin Kiyevə danışıqlar üçün gəlməsi barədə razılıq əldə edilib.

Poroşenkonun sözlərinə görə, danışıqlara artıq iyunun 8-də start veriləcək.

O qeyd edib ki, yaxın zamanlarda Rusiya Ukraynada prezident seçkilərinin nəticələrinin tanınması barədə rəsmi açıqlama verəcək.

Xatırladaq ki, antihitler koalisiyası üzvlərinin Normandiyaya desant çıxarmasının 70 illiyi münasibətilə Fransada keçirilən tədbirlərdə iştirak edən Rusiya prezidenti Vladimir Putin və Ukraynanın yeni prezidenti Pyotr Poroşenko arasında qeyri-rəsmi söhbət olub./apa/
1191 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 11:48