Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Müharibə başlamamış İsrail Hizbullahdan qorxur

Fələstinin “Səma” İnformasiya Agentliyi məlumat verib ki, İsrail ordusunun əks-kəşfiyyat təşkilatının zabitlərindən biri, sionist rejimə gələcəkdə ehtimal edilən müharibədə, Hizbullah müharibənin müddətinin çox qısa olması üçün olduqca yüksək strateji dəyişiklik edəcəyi barədə xəbədarlıq edib. O bildirib ki, bu məsələ İsrail üçün olduqca ağır nəticələnəcək.
Nur-az.com-un FarsNews-a istinadlı məlumatına əsasən, sionist rejim ordusunun ortaq məxrəc olaraq dəyərləndirdiyi nəticə budur ki, 2006-cı ildə İsrail və Hizbullah arasında baş vermiş müharibə kimi, Hizbullah yenə də öz taktikasından istifadə edəcək. Bu taktikaya İsraildə “İsraillə bərabərlik” deyilir.
Haaretz qəzetinin hərbi şərhçisi Amus Hariel yazıb: Həqiqət budur ki, Hizbullah 33 günlük müharibə müddətində İsrailə raket atmağa davam etdi və heç vaxt İsrailin Livanın cənubuna hücum etməsi qarşısında təslim olmadı. Hizbullah bu müharibədə qələbə çaldığına inanır. Buna görə də, sadə qənaətlər belədir ki, əgər yeni bir müharibə baş versə, Hizbullah həmin taktikanı işə salacaq. Nisbətən uzun müddətdə İsrailə on minlərlə raket atacaq ki, bu da yorucu, əldən və taqətdən salan bir siyasəti təqib edəcək. Digər tərəfdən isə, İsrail ordusunun Livan torpağında aparacağı əməliyyatlara mane olacaq.
Amma bu ekspert yazısının davamında “Maarachot” jurnalında çap olmuş, İsrail ordusunun əks-kəşfiyyat təşkilatının Aman kimi tanınan yüksək rütbəli zabitinin bir məqaləsini təhlil etmişdir ki, bu məqalədə ehtimal edilən gələcək müharibə haqqında başqa bir ssenaridən söz açılır. Sionist rejimin bu zabiti, Hizbullahın işğal edilmiş Fələstinin əl-Cəlil bölgəsinə girəcəkləri və müharibəni İsrailin şimalında aparacaqları haqda Hizbullah rəhbərlərinin bir sıra çıxışları və internet saytlarında yayımlanmış sözlərini əsas götürərək xəbərdarlıq edib. Seyid Həsən Nəsrullah bir müddət öncəki çıxışında Hizbullah döyüşçülərinin gözlənilən gələcək müharibədə Fələstindəki əl-Cəlil bölgəsinə girməyə qadir olduğunu bildirib.
Məqalənin davamında sionist rejimin əks-kəşfiyyat zabiti bu rejimə tövsiyə edir ki, ehtiyatlı olsunlar və hesablanmış şəkildə fəaliyyət göstərsinlər. Çünki Hizbullahın gələcəkdə başqa bir taktika və strategiyadan istifadə edəcəyi mümkündür. O əlavə edib: Hizbullahın gələcək müharibənin müddətini daha qısa etmək istədiyi barədə əlamətlər var. Hizbullah 2006-cı ildə İsrail qarşısında 3 taktika ilə dayandı: Müqavimət və müdafiə üçün gücünün yaxşı olması, İsrailin daxili cəbhəsini raket atəşinə tutması və İsrail ordusunun quru hərəkətini olduqca ləng getməsinə şərait yaratması.” Bundan əlavə, Hizbullah keçmiş müharibə başa çatandan sonra, özünün hazırlıq və təchizat gücünü artırmışdır və qarşı tərəfdən də, İsrail Hizbullahın hədəflərini daha yaxşı dərk edərək özünü gücləndirməyə çalışmışdır.
Bu əks-kəşfiyyat zabitinin fikrincə, Hizbullah 2011-ci ildən yeni strategiyadan danışmağa başladı. Belə ki, bu sionist rejim ordusunda yayılmış yorucu müharibə fikirindən daha üstün idi. Livan qəzetlərinin yayımladığı hesabatlara əsasən, Hizbullah 2012-ci ildə özünün 10 min döyüşçüsünün iştirakı ilə bir manevr həyata keçirdi ki, bu manevrin məqsədi Fələstinin əl-Cəlil bölgəsinə daxil olmaq üçün məhək hesab olunur.
Sözügedən məqalədə bildirilir ki, bu kimi manevrlər bunu göstərir ki, Hizbullah əl-Cəlilə girmək kimi təhdidlərində ciddidir və bunu düşünür. Bu manevr Hizbullahın müharibə cəbhələrinə yanaşmasının fərqli olması barədə bir xəbərdarlıq siqnalıdır. Digər tərəfdən isə, bu təşkilat Livanın daxili və xarici siyasətinə çoxlu diqqət ayırdığı üçün, ehtimal edilən müharibənin müddətini olduqca qısa etmək fikrindədir.
Bu əks-kəşfiyyat zabiti əlavə edir: Bütün bunlardan əlavə, Hizbullah Suriya müharibəsində bir-başa təcrübə əldə etmişdir. Hal-hazırda daha böyük hərbi birləşmələri idarə etməyə və daha çox hərbi texnikanı istifadə etməyə qadir olmuşdur. Bu məsələ Hizbullahın İsraillə ehtimal edilən müharibəsində geniş quru əməliyyatları və İsrail hədəflərinə müxtəlif növlərdə hücumlar təşkil etməsinə səbəb olacaq.
Aman ləqəbli sionist rejimin bu əks-kəşfiyyat zabiti sonda öz sözlərini belə yekunlaşdırır: Əgər ehtimal edilən gələcək müharibədə Hizbullah öz strategiyasını dəyişsə, sionist rejim üçün əsaslı arzuolunmaz nəticələr gətirəcək. Buna görə də, İsrail Hizbullahın müharibənin müddətini qısa etmək istəyi və əl-Cəlil məntəqəsinə girmək istəyini və bu kimi ehtimalları nəzərə almalı və ona hazır olmalıdır.
1646 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:05