Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Siyasi həll Bəşər Əsədlə tamamlanmalıdır

"Suriya münaqişəsinin siyasi həlli Bəşər Əsədlə başlayır və onunla tamamlanır"
“Suriyada keçirilən seçkilərin nəticələri göstərir ki, xalq öz seçimini edib və bu onlara qarşı həyata keçirilən müharibə planının məğlubiyyətə uğramasından xəbər verir”

“Suriyada keçirilən seçkilərin nəticələri göstərir ki, xalq öz seçimini edib və bu onlara qarşı həyata keçirilən müharibə planının məğlubiyyətə uğramasından xəbər verir”. İnterAz-ın əl-Mənar telekanalına istinadla verdiyi xəbərə görə, bunu “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah deyib.

Hizbullah lideri ötən gün Beyrutda əza məclislərinin birində etdiyi çıxışda Suriya münaqişəsinin siyasi həllini Bəşər Əsədsiz qeyri-mümkün sayıb.

“Suriyada keçirilən seçkilər bir daha sübut etdi ki, müharibə xalqla Bəşər Əsəd arasında getmir. Heç kəs cəmiyyətin bu seçkilərdəki aktiv iştirakını dana bilməz. Suriyada siyasi həll yolu seçkilərin nəticələrini qəbul etmək və təkfirçi qüvvələrə qarşı mübarizə ilə baş tutacaq. Bu seçkilər sübut etdi ki, münaqişənin siyasi həlli Bəşər Əsədlə başlayır və onunla tamamlanır. Bütün silahlı qruplaşmalara deyirəm ki, sizin Suriyada apardığınız müharibənin sonu yoxdur. Sizin bu işinizin nəticəsi yalnız Suriyanın dağılması və qanların tökülməsi ilə nəticələnəcək".
1512 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı