Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Mixail Saakaşvili və Tiflis meri ölkəni tərk edib

Gürcüstan prezidenti Mixail Saakaşvili və Tiflis meri Qiqi Uqulava ölkəni tərk edib. APA-nın “Online Georgia” saytına istinadən verdiyi məlumata görə, bu xəbəri “Maestro” telekanalı yayıb.

Dövlət başçısı əhaliyə televiziya ilə rəsmi müraciətindən sonra aeroporta yollanıb. Onu orada paytaxt meri qarşılayıb.

Prezident administrasiyasından bildiriblər ki, Saakaşvili Avropaya səfərə yollanıb. Bununla bağlı rəsmi məlumat sabah yayılacaq.

“Georgia Online” saytına isə adı açıqlanmayan mənbələrdən məlum olub ki, Tiflis meri Strasburqa rəsmi səfərə gedib. Prezident isə Avropa ölkələrinin birinə qeyri-rəsmi səfərə yollanıb. Saakaşvili iki gündən sonra vətəninə qayıdacaq.
1652 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber