Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

Azərbaycan dilində klaviaturanın yeni düzülüşü qəbul olundu

Azərbaycan dilində klaviaturanın yeni düzülüşü “Windows 8.1” əməliyyat sisteminin yeni versiyasına inteqrasiya edilmişdir.

“Microsoft Azerbaijan” şirkətindən AzərTAc-a bildiriblər ki, təkmilləşdirilmiş klaviaturanın düzülüşü Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yeni milli standart kimi qəbul olunub.

Yeni düzülüşdə yığım sürəti və barmağa düşən yükün paylaşdırılması kimi nüanslar nəzərə alınıb.

Klaviaturanın yeni düzülüşü ”Microsoft” məhsullarında istifadə ediləcək və vaxt ötdükcə digər əməliyyat sistemləri üçün də həyata keçirilə bilər.
Yeni düzülüş daha optimaldır və orada Azərbaycan dilinin bütün nüansları əks olunub. Köhnə düzülüş ləğv edilməyəcək və ona öyrəşmiş insanlar köhnə klaviaturadan istifadə etməyə davam edəcəklər.
1907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
17.01.17, 16:11