Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Putin hərbçilərə tapşırıq verdi

Ukraynadan Rusiyaya keçməyə cəhd edən istənilən şəxs saxlanılmalıdır

Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinə (FTX) Ukrayna ilə bağlı xüsusi tapşırıq verib. Putin FTX-yə Rusiyanın Ukrayna ilə sərhədində gücləndirilmiş iş rejimində çalışmağı tapşırıb.

Rusiya prezidenti bildirib ki, FTX Rusiya-Ukrayna sərhədinin təhlükəsizliyi üçün əlindən gələni etməlidir. Ukrayna ərazisindən Rusiyaya keçməyə cəhd edən istənilən şəxs saxlanılmalıdır.

Qeyd edək ki, son vaxtlar Ukraynadan Rusiya ərazisinə keçən qaçqınların sayı çoxalıb. Bununla bağlı Rostov qubernatoru vilayətin Ukrayna ilə sərhədin bağlanmasına qərar vermişdi. Ukrayna hökuməti də eyni addımı atmışdı. Belə ki, rəsmi Kiyev Luqansk və Donetsk vilayətlərində Rusiya ilə sərhədin bağlanmasına göstəriş vermişdi.
1359 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 12:22