Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində yanğınlar törədiblər

Ermənilər işğal altında olan Azərbaycan torpaqlarında yanğınlar törədiblər.

Erməni hərbçiləri qoşunların təmas xəttinin Ağdam rayonu istiqamətində Baş Qərvənd kəndinin ərazisinə od vurublar.

Qısa müddət ərzində genişlənən yanğın neytral əraziyə yayılıb. Ərazidə bir neçə mina partlayışı da müşahidə olunub.

Hazırda yanğın davam edir. Yerli sakinlər və aidiyyatlı qurumlar yanğının təmas xətti yaxınlığındakı kəndlərə keçməməsi üçün tədbirlər görməyə hazırdırlar.

Xatırladaq ki, cəbhəyanı ərazilərdə biçilməmiş arpa və buğda zəmiləri var./apa/
1220 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber