Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Ərdoğana qarşı sui-qəsd

Baş nazirin mühafizəçiləri son anda silahlı şəxsi zərərsizləşdirib

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı daha bir sui-qəsd planı ortaya çıxıb. İstanbul Sultan Qazi Bələdiyyəsinin yeni binasının açılışına qatılan Ərdoğana qarşı silahlı sui-qəsdin mühafizəçilər tərəfindən son anda qarşısının alındığı bildirilir.

Türkiyə mətbuatı sui-qəsd planının təfərruatlarını yayıb.

Belə ki, açılış mərasimindən sonra baş nazirin mindiyi xidməti maşın vətəndaşların arası ilə hərəkət etməyə başlayıb. Bu zaman maşın karvanının ətrafı ilə hərəkət edən mühafizəçilər kütlənin arasında bir silahlı şəxs görüb. Mühafizəçilər dərhal həmin şəxsi zərərsizləşdirib. Mühafizəçilər həmin şəxsin əlindəki silahın darağında güllənin olmadığını, lakin silahın lüləsində 9 mm güllənin olduğunu müəyyən edib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırmaları nəticəsində saxlanılan şəxsin F.Y olduğu məlum olub. F.Y hazırda terrorla mübarizə idarəsinin təcridxanasında saxlanılır. O, bildirib ki, Ərdoğanı öldürmək niyyətində olmayıb, sadəcə baş naziri qorxutmaq istəyib.
1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber