Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Erməni ordusu Naxçıvana hücum etdi

Erməni ordusu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ermənistanla sərhəd olan Ləkətaq kəndi istiqamətindən hücuma keçib.

Bu barədə Kəmalə Bənənyarlı özünün Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, ermənilər həmin istiqamətdə bəzi yüksəklikləri ələ keçiriblər: “Kənd camaatı gecələr yatmır və döyüşlər gedir. Məlumatın nə qədər doğru olduğunu bilmirəm”.

Müdafiə Nazirliyi məsələ ilə bağlı bildirdi ki, atəşkəslə bağlı bütün məlumatlar rəsmi internet səhifəsində yayımlanır.

Nazirliyin rəsmi saytında Naxçıvana hücumla bağlı heç bir məlumat yerləşdirilməyib./axar/
1605 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber