Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Putindən Avropaya əzələ nümayişi

Putindən Avropaya əzələ nümayişi “Ukrayna Avropa İttifaqı ilə assosiativ sazişi imzalayacağı təqdirdə biz öz iqtisadiyyatımızı müdafiə etmək üçün addımlar atacağıq. Mən bununla bağlı Böyük Britaniya, Fransa və Almaniyaya xəbərdarlıq etmişəm”

Bunu Rusiya prezidenti Vladimir Putin Fransaya səfəri ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, müqavilə imzalandıqdan və qüvvəyə mindikdən dərhal sonra Moskva müdafiə tədbirlərinə əl atacaq.

Putin Kiyevi çətin günlər gözlədiyini vurğulayıb: “Hazırda MDB ölkələrinin azad ticarət zonası çərçivəsində Rusiya ilə Ukrayna arasında gömrük tarifləri sıfır həddinddir. Avropa İttifaqı ilə saziş isə Ukraynaya digər iqtisadi sazişlərdə iştirak etməyə imkan vermir”.

Putinin sözlərinə görə, asossiativ saziş Ukrayna bazarlarını Avropa malları üçün açacaq: “Bütün Avropa malları tranzit yolla bizim gömrük ərazimizə daxil olacaq. Biz buna yol verə bilmərik. Avropa ilə belə danışmamışdıq. Biz hansısa sanksiyalara əl atmağa məcbur olacağıq. Hesab edirəm ki, Ukrayna üçün ağır sınaq olacaq”.

Rusiya prezdenti bildirib ki, belə olan halda çətin ki, Ukraynaın məhsulları rus bazarında rəqabətə davamlı olsun./publika/
1599 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP