Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

“İmaməyn Əsgəriyəyn (ə) Fədailəri” Səudiyyə Ərəbistanını təhdid etdi

Terrorçu qruplaşma olan İraq Şam İslam Dövlətinin (İŞİD) Samirra şəhərinə hücumu, onların bu şəhəri ələ keçirmək və iki imamın, İmam Əli Nəqi (ə) və İmam Həsən Əskərinin (ə) hərəmini dağıtmaq istəyindən sonra, “İmaməyn Əskəriyəyn (ə) fədailəri” təşkilatı öz varlığını elan etdi.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, onlar rəsmi bəyanat yayaraq, öz varlıqlarını elan etməklə yanaşı, İŞİD qruplaşmasını yaradan, ona silah və maddi dəstək verən Səudiyyə Ərəbistanını təhdid etdi.
Bu bəyənatın bir hissəsində deyilir: Səudiyyə rejiminin başçıları bilsinlər ki, əgər İmam Həsən Əsgərinin (ə) hərəminə ən kiçik xətər toxunsa, ən qısa mümkün zamanda, Ərəbistanın neft obyektlərini və neft ayırma zavodlarını darmadağın edəcəyik.
Qeyd etmək lazımdır ki, təkfirçi terrorçuların Samirra şəhərinə hücumundan sonra, İraqın baş naziri Nuri Maliki təcili olaraq İraq ordusundan çox sayda hərbçini bu şəhərə yolladı. Ordu qüvvələri qısa müddət ərzində bu şəhərin terrorçuların nəzarətinə keçmiş böyük hissəsini nəzarətə ala bildilər. Hazırda şəhərin azacıq qismi terrorçuların əlindədir.
Bunu da qeyd edək ki, Səudiyyə Ərəbistanı hal hazırda dünyada ən böyük neft ixracatçısı və istehsalçısıdır. Buna görə də, Səudiyyənin neft obyektləri və neft ayırma zavodlarına qarşı hər növ zərbə, dünyada neftin görünməmiş həddə bahalaşmasına səbəb olacaqdır.
1305 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 23:41