Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

İŞİD: Samirrada bizi Qasim Süleymani məğlub etdi!

Terrorçu qruplaşma olan İraq Şam İslam Dövləti (İŞİD) Samirra şəhərində İraq ordusu qarşısında ağır məğlubiyyətə uğradıqdan sonra, özünün son bəyənatında bildirib ki; İraq ordusu bu döyüşdə SEPAHın Qüds korpusu və Bədr korpusu ilə əməkdaşlıq edərək qələbə qazana bildi.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, İŞİD-in İraqdakı sərkərdəsi Əbubəkr əl-Bəğdadi bu bəyənatda deyib: İraq ordusu Qasim Süleymaninin planı və qrupunun yardımı ilə bizə qələbə çala bildi. Yoxsa, biz “rafizi”lərin dini məkanlarını yerlə yeksan edəcəkdik!
O əlavə edib: İranın SEPAH-ı bizim planın həyata keçməsinə mane oldu. Biz tezliklə öz mücahidlərimizin intiqamını İrandan alacayıq.
Qeyd etmək lazımdır ki, İraq mediası İŞİD terrorçularının Samirra şəhərində olduqca ağır məğlubiyyətə düçar olduğunu xəbər vermiş və elan etmişdir ki, bu terrorçuların nəzarətə keçirdiyi məntəqələrin əksəriyyəti terrorçulardan təmizlənmişdir.
2509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31