Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

İŞİD Samirra məğlubiyyətindən sonra Mosula hücum etdi

ISNA məlumat verib ki, Samirradakı qarşıdurmalardan bir gün sonra, İraq Şam İslam Dövləti (İŞİD) terrorçuları Suriyaya yaxın ərazidə yerləşən və İraqın Neynəva əyalətindəki Mosul şəhərində silahlı qüvvələrə hücum etmişlər. Belə ki, artıq İŞİD-in İraq dövləti qarşısında bir cəbhə açdığı nəzərə çarpır.
İraqın təhlükəsizlik qüvvələri elan ediblər ki, dünən ölkənin şimalında yerləşən Mosul şəhərində silahlı şəxslər güc qüvvələrinə hücum etmişlər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına görə, bu hücumda 3 polis və 3 əsgər həyatını itirib.
Bu hücum İraq ordusunun Samirrada İŞİD-i nakam qoymasından sonra baş verib.
Neynəva əyalətinin Müdafiə və Təhlükəsizlik komitəsinin üzvü Məhəmməd İbrahim bildirib ki; İraq ordusu 105 terrorçunu həlak etmiş və onlara məxsus 20 avtomobili məhv etmişdir.
Mosulun cənubunda baş vermiş başqa bir partlayışda isə, 11 nəfər həyatını itirmişdir.
1572 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...