Şrift ölçüsü:
A+
A
A-
Kr
07 İyun 2014

Fəllucədəki terrorçular ayda nə qədər muzd alır?

“İraq əl-Qanun” xəbər portalı məlumat verib ki, Qətər və Ərəbistan Fəllucədəki terrorçulara ayda 700 dollar pul verirlər.
Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, terrorçular arasındakı ixtilafların əsas səbəbi onların daha çox himayə olunmaq istəyidir.
İraqın təhlükəsizlik orqanlarının əldə etdikləri məlumata əsasən, İŞİD və “Mücahidlərin (oxu: terrorçuların – red) hərbi şurası) arasındakı qarşıdurmalarda tərəflər bir-birlərindən 11 nəfəri qətlə yetirmişlər. İki tərəf arasında qarşıdurmalar davam etməkdədir və hər biri şəhərdə üstünlüyü ələ almaq üçün çalışırlar. Bu xəbəri Fəllucə şəhərinin xilasetmə şurasının rəisi Həmid əl-Hayis vermiş və demişdir: Onların hər birinin hədəfi şəhərə daha çox nəzarəti ələ keçirmək və daha çox müharibə qənimətləri əldə etməkdir.
Bu hesabata əsasən, Fəllucədə 34 terror qruplaşması döyüşür. Onların əsas ixtilafları müharibə qənimətləri və başqa ölkələrdən əldə etdikləri pulların bölüşdürülməsindədir.
Təhlükəsizlik orqanlarında mövcud olan məlumata görə, Səudiyyə Ərəbistanı və Qətər İŞİD üzvlərinin hər birinə ayda 700 dollar muzd verirlər. Bu məsələ Fəllucənin xilasetmə şurasının üzvü Məkki əl-Əysavi tərəfindən bildirilmişdir.
Mövcud statistikaya əsasən, İraq silahlı qüvvələri bu günə qədər İŞİD üzvlərinə olduqca çox maddi xəsarət yetirmiş, 4000-dən çox sayda canlı qüvvəni məhv etmiş və yüzlərlə şəxsi yaralamışlar. İraqın Hərbi Hava Qüvvələrinin komandanı son 6 ayda terrorçuların mövqelərinə qarşı 300 əməliyyatın keçirildiyini bildirmişdir.
1715 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...