Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2013

10 ailə fəlakətin astanasında - Foto

Azərbaycanda 10 ailə fəlakətin astanasında: 61 ilin binası ölüm saçır

Təhlükəli binada yaşayan insanlar mediadan kömək istəyirlər
Beyləqan rayonu Gəray Əsədov, 93 ünvanında yerləşən taxta bina adı ilə məşhur olan yaşayış binasının sakinləri təhlükənin bir addımlığındadırlar.

Sakinlər Milli.Az-a bildiriblər ki, 61 il əvvəl taxtadan tikilmiş ikimərtəbəli bina ömrünü başa vurub. Kanalizasiya sistemi, qaz xətti olmayan binada yaşayan 10 ailə isə uçma təhlükəsi olan binada yaşayırlar. Müxtəlif instansiyalara edilən müraciətlərə baxmayaraq onlara yardım əli uzadan yoxdur.

“Harasa gedəndə uşaqları evdə qoya bilmirik, qorxuludur. Bina bərbaddır, uça bilər. Bizi harasa yerləşdirsinlər, çünki bədbəxt hadisə baş verəndə ziyan çəkən biz olacağıq”, - sakinlər bildiriblər.

Məsələ ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı. İcra başçısının müavini Telman Məstanova gün ərzində dəfələrlə zəng etsək də, telefona cavab vermədi. 

1833 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49