Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2014

Fariz Məmmədov Avropa çempionu oldu

Almaniyada keçirilən revanş döyüşü boksçumuzun qələbəsi ilə başa çatıb

Bu gecə Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda revanş döyüşündən qalib ayrılıb.

Həmyerlimiz "WBCA" və "WBO" versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün alman təmsilçi Mattias Pelklə döyüşüb.

Məmmədov dördüncü raundunda rəqibini texniki nokauta salaraq "WBO" və "WBCA" versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.

Xatırladaq ki, Fariz Məmmədovla Mattias Pelk ötən ilin dekabr ayında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu.
1319 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP