Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2014

Akif Nağı: “Dedilər, “kompüterdə ölkəyə girişiniz qadağandır” yazılıb”

QAT sədri Gürcüstan hökumətindən üzləşdiyi qanunsuzluqlarla bağlı izahat istəyəcək
İyunun 6-da Türkiyədən Azərbaycana qayıtmaq istəyərkən Gürcüstan gömrükçüləri tərəfindən geri qaytarılan Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı artıq Bakıdadır.

A.Nağı Musavat.com-a açıqlamasında bildirdi ki, Türkiyədən Naxçıvana avtobusla gəlib, daha sonra isə təyyarə ilə Bakıya uçub. Gürcüstana buraxılmamasının səbəbləri barədə isə QAT sədri tam məlumatsızdır: “Gömrükdə digər dostlarımızı Gürcüstana buraxsalar da, məni buraxmadılar. Səbəbini soruşanda dedilər ki, biz heç nə bilmirik. Mən israrla “ölkəyə buraxılmamağımın səbəbini izah edin” deyəndə cavabları bu oldu ki, “kompüterdə ölkəyə girişiniz qadağandır” yazılıb. Bundan sonra əlavə bir söz demədilər və hətta qolumdan tutub ərazidən uzaqlaşdırmağa çalışdılar. Bundan sonra Türkiyə sərhədçiləri də bildirdilər ki, danışmağın mənası yoxdur, sadəcə vaxt itkisidir”. A.Nağı məsələ ilə bağlı Azərbaycanın Qarsdakı Konbsulluğuna zəng edim, vəziyyətlə bağlı yardım istəyib. Lakin onlar Gürcüstandakı konsulluqla əlaqə yaratmağı məsləhət biliblər: “Batumdakı Azərbaycan konsulluğuna zəng etdimsə də, telefonu açmadılar. Bundan sonra boş yerə vaxt itirməmək üçün avtobusla Ərzuruma getdim. Ərzurum yolu əzablı olsa da çox maraqlı idi. Dedim eybi yox, bu da bir taledir. Ərzurumda da İstanbuldan Naxçıvana gələn avtobusa mindim. Gecə Naxçıvanda qaldım, səhər Bakıya uçdum”. A.Nağı dedi ki, QAT daxilində müzakirələr apardıqdan sonra məsələ ilə bağlı izahat almaq üçün rəsmi qurumlara müraciətlər edəcək və üzləşdiyi qanunsuzluğun sonuna çıxmağa çalışacaq”.
1156 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 11:44