Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2014

Əmanətçilər banklardan pullarını götürür

Bir ay ərzində hesablardan 100 milyon manata yaxın vəsait çıxarılıb

Xarici əmanətçilər iflasa uğrayan Royal Bankın sığortasız əmanətləri ilə bağlı qalmaqaldan sonra əmanətlərini çıxarmağa başlayıb. Iran vətəndaşları 100 mln manat ziyana düşüb. Bu barədə concact.az məlumat yayıb.

Mayın 1-i üçün banklarda əmanət və depozit həcmi 13 mlrd 615,6 mln manat (+9,1 faiz) olub. Azərbaycan banklarının məcmu aktivləri 1 may 2014-cü il üçün 22 mlrd. 9,5 mln manatdır. Mərkəzi Bankdan verilən məlumata görə, bu, yanvardakından (20 mlrd 385,1 mln manat) 8 faiz çoxdur. Bankların kreditləri 15 mlrd 775,6 mln manat (+5,2 faiz), xüsusi kapital 3 mlrd 605,4 mln manat (+5,2 faiz) olub.

Mayın əvvəli üçün Azərbaycan bankları əhalidən 6 mlrd 569,9 mln manat əmanət cəlb edib (+2,7 faiz). Amma vəsaitlərin kütləvi çıxarılması da diqqəti cəlb edir - mənfi 1,3 faiz. 1 aprel üçün əhalinin əmanətləri 6 mlrd 656,3 mln manat idi. Beləliklə, hesablardan 100 milyon manata yaxın vəsait çıxarılıb.

Əmanətlərin banklardan çıxarılmasının bir səbəbi Royal Bankla bağlı qalmaqaldırsa, başqa səbəbi Azərbaycanda 20-yə yaxın yaxın bankın bağlanma təhlükəsilə üzləşməsidir. Qeyd edək ki, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bir müddət əvvəl bəyan etmişdi ki, nizamnamə kapitalı 50 milyondan az olan banklara lisenziya verilməyəcək. Bu isə Azərbaycanda xeyli bankın fəaliyyətini dayandıra biləcəyi təhlükəsi yaradıb. Yeri gəlmişkən, bankların likvidlik problemi də var. Bu da Azərbaycan banklarına pul yatırma rsikini artırır. Başqa bir səbəb isə siyasi proseslərlə bağlıdır. Azərbaycan strateji seçim ərəfəsindədir. Bu isə Azərbaycanda müəyyən siyasi proseslərin baş verəcəyini şərtləndirir. Ölkədə hər hansı siyasi təbəddülatlar isə təbii ki, iqtisadiyyata, o cümlədən bank sektoruna təsirsiz ötüşməyəcək. Belə halda Azərbaycan banklarının əmanətçilər üçün etibarlılığı minimuma düşür./azadlıq/
1468 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı